Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cənubi Koreyada hakim Demokratik Partiya (DP) Şimali KoreyaNI hərbi danışıqlar üçün edilən təklifi qəbul etməyə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, DP parlament qrupunun rəhbəri Kim Byung-kee Milli Assambleyada keçirilən iclasda çıxış edib. Kim, ölkəsinin Şimali Koreyaya hərbi danışıqlar üçün etdiyi təklifin əhəmiyyətinə diqqət çəkərək bildirib:
“Bu təklif Prezident Lee Jae Myungun vəzifəyə gəlməsindən bəri Cənubi Koreyanın Şimali Koreya ilə danışıqlar üçün etdiyi ilk rəsmi təklif olaraq, Koreya Yarımadası arasında dialoqun yenidən başlaması üçün mühüm bir fürsət olacaq”.
Kim, həmçinin Şimali Koreyanın son ABŞ-Cənubi Koreya sammitinə yönəltdiyi tənqidlərə toxunaraq deyib: “Əgər Pxenyanın söyləyəcək bir sözü varsa, Koreya danışıqları zamanı bunu tam şəkildə ifadə edə bilər”.
Əgər Şimali Koreya Cənubi Koreyanın hərbi danışıqlar təklifini qəbul edərsə, bu, 2018-ci ildə keçirilən ümumi səviyyəli hərbi görüşmələrdən sonra ilk Koreya arası hərbi dialoq olacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin