Cənubi Koreyadan Şimali Koreyaya xəbərdarlıq: Nüvə silahı ilə VURACAĞIQ

08.11.2024

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik artmaqda davam edir. Cənubi Koreya Prezidenti Yoon Suk Yeol deyib: "(Şimalın) Cənubi Koreyaya qarşı nüvə hücumu qərarını verməsinin ağılsız olacağına inanıram. Əgər bunu etsələr, nüvə əsaslı Cənubi Koreya-ABŞ ittifaqı dərhal ABŞ nüvə silahı ilə Şimali Koreyanı vuracaq"

Redaktor.az xəbər verir ki,nCənubi Koreya Prezidenti Yoon Amerikanın “Newsweek” jurnalına müsahibəsində bildirib ki, onun ölkəsi Koreya müharibəsindən sonra “şimaldan gələn təhdidlərə qarşı” ordusunu inkişaf etdirib.

Yoon bəyan edib ki, Şimali Koreya ordusunun adi imkanları Cənub ordusundan çox aşağıdır və Pxenyan nüvə imkanlarını artırmağa çalışır.

Seymur BƏNNAYEV 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью