Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Koreyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Newtype Industries” şirkəti Ukraynada artilleriya sistemləri üçün süni intellekt əsaslı proqram təminatının sınaqdan keçirilməsi layihəsini dayandırıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Diplomat” nəşri məlumat yayıb. Şirkətin baş icraçı direktoru Senqvon Çonun sözlərinə görə, oktyabrın ortalarında Ukrayna tərəfinin layihəyə nəzarət edən nümayəndəsi ona birgə əməkdaşlığın dayandırılması barədə rəhbərlikdən göstəriş verildiyini bildirib.
Ço layihənin dayandırılmasını Seul və Kiyev arasında yaranmış diplomatik gərginliklə əlaqələndirib.
Hazırda şirkət nəinki Ukrayna ordusu ilə əvvəlki əməkdaşlığını dayandırıb, həm də ölkədə yeni tərəfdaşlar axtarmağı dayandırıb. Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın Ukrayna ilə münasibətlərində yaranan soyuqluq fonunda Rusiya ilə əlaqələri yaxınlaşdırmağa çalışdığı barədə məlumatlar yayılmışdı.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin