Cənubi Koreyanın “baş kəşfiyyatçı”sı qadındır

24.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Cənubi Koreyanın keçmiş ədliyyə naziri Kanq Kum-sil Milli Kəşfiyyat Xidmətinin (NIS) rəhbəri vəzifəsinə təyin edilib. "Yonhap agentliyi xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Lim Kvanhyon mətbuat konfransında bəyan edib. Kanq Kum-sil 1961-ci ildə başqa ad altında yaradılmış NIS xidmətinə rəhbərlik edən ilk qadın olacaq. 69 yaşlı yeni rəis Seul Milli Universitetini hüquq təhsili alaraq bitirib və 1981-ci ildə vəkillik lisenziyası almaq üçün imtahan verib. Kanq Kum-sil 2003-cü ildə Ro Mu-hyonun administrasiyası dövründə ölkənin ədliyyə naziri vəzifəsində çalışıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью