Cənubi Koreyanın Baş Qərargah rəisi Park istefa verib

05.12.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Cənubi Koreya prezidenti Yoon Suk Yeol tərəfindən hərbi vəziyyət komandiri təyin edilən Baş Qərargah rəisi Park An-su istefa verib.
Missiya.Az 
xəbər verir ki, bu barədə "STAR" nəşri məlumat yayıb.
Belə ki, Cənubi Koreyada prezident Yoon Suk Yeolun dekabrın 3-də elan etdiyi və cəmi 6 saat qüvvədə qaldıqdan sonra qaldırılan hərbi vəziyyətin yaratdığı siyasi böhran davam edir. Yoon tərəfindən hərbi vəziyyət komandiri təyin edilən Baş Qərargah rəisi Park An-su dünən Milli Assambleyanın müdafiə komissiyasında keçirilən fövqəladə iclasda çıxışı zamanı istefa verdiyini açıqlayıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью