Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18də dindiriləcək AZƏRTAC

16.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Xüsusi müstəntiqlər qrupu Cənubi Koreyanın səlahiyyətlərindən kənarlaşdırılmış Prezidenti Yon Sok Yolu dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yola qarşı impiçment elan edib və bu, onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib. İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya vəzifəsinə bərpa olunması barədə qərar verməlidir.

Cənubi Koreyanın devrilmiş prezidenti konstitusiya quruluşunu devirmək üçün fitnə-fəsad törətməkdə şübhəli bilinərək araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью