Cənubi Koreyanın iki yüksək vəzifəli polis məmuru saxlanıldı

11.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Cənubi Koreyanın iki yüksək vəzifəli polis məmuru ötən həftə Prezident Yun Sok Yolun hərbi vəziyyət fərmanının icrasındakı rollarına görə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 'Yonhap" məlumat yayıb.

Məlumata görə, Milli Polis Agentliyinin komissarı general Ço Ji Ho və paytaxt Seulun polis idarəsinin rəhbəri Kim Bong-sik saxlanılıb.

Onlar Prezidentin hərbi vəziyyət fərmanının ləğvi üçün parlamentarilərin Milli Assambleyaya daxil olmasına mane olmaqda ittiham olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью