Cənubi Koreyanın keçmiş Baş naziri bu ölkəyə səfər zamanı öldü

25.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Cənubi Koreyanın keçmiş Baş naziri Li He Çan bazar günü Vyetnama işgüzar səfəri zamanı vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Yohap" agentliyi məlumat yayıb. 

Məlumata görə, Sülh Birliyi Məşvərət Şurasının (PUAC) baş vitse-prezidenti vəzifəsində çalışan 73 yaşlı Li Ho Şi Min şəhər xəstəxanasında yerli vaxtla saat 14:48 radələrində ürəktutmadan vəfat edib.

Cümə axşamı Vyetnama yola düşməzdən əvvəl o, qripəbənzər simptomlardan şikayətlənib və vəziyyəti pisləşdikdən sonra cümə günü evə qayıtmağa hazırlaşırmış.

Linin nəşinin Seulun qərbindəki İnçxon Beynəlxalq Hava Limanına çatdırılacağı gözlənilir. Mərhum keçmiş baş nazir üçün Seuldakı Seul Milli Universiteti Xəstəxanasında xatirə qurbangahı ucaldılacaq. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью