Cənubi Koreyanın müdafiə naziri istefa verdi

04.12.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri, ölkədə hərbi vəziyyətin tətbiqinin təşəbbüskarı Kim Yonq Hyun yaranmış vəziyyətə görə vətəndaşlardan üzr istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, istefa ərizəsini prezident Yoon Seok-yeola təqdim etdiyini bildirib.

“Milli Müdafiə Naziri kimi mən məsuliyyəti tam qəbul edirəm və ictimaiyyətdə çaşqınlıq və narahatlıq yaratdığım üçün təəssüflənirəm”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью