Cənubi Koreyanın müdafiə naziri istefa verib

04.12.2024

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun istefa verib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Hərbi vəziyyətlə bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm və prezidentə təşəkkürümü bildirirəm", - deyə siyasətçi vurğulayıb.

Bildirilir ki, müdafiə naziri şəxsən Cənubi Koreya prezidentinə hərbi vəziyyət elan etməyi təklif edib.

Yonq-hyun hərbi vəziyyətlə bağlı vəzifələrini yerinə yetirən bütün hərbi qulluqçuların onun göstərişlərinə əməl etdiyini də qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью