Cənubi Koreyanın müdafiə naziri istefa verib

04.12.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyon istefa verib.

 "Operativ Məlumat Mərkəzi-OMM" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirin özü bildirib.

“Hərbi vəziyyətlə bağlı ictimaiyyət arasında çaşqınlıq yaratdığıma görə üzr istəyirəm. Bu məsələ ilə bağlı baş verənlərə görə məsuliyyət daşıyacağam”, - o deyib.

Nazir Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan olunması ilə bağlı təklif etməsi barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib.

Qeyd olunur ki, aparıcı müxalifət “Toburo” Demokrat Partiyası nazirə qarşı impiçment təşəbbüsü irəli sürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью