Cənubi Koreyanın müdafiə naziri istefa verib

04.12.2024

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kim Yonq-Hyon xalqdan üzr istəyib

Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-Hyon istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki,  xəbər verir ki, nazir Prezidenti Yun Sok Yeola istefa ərizəni təqdim edib.

Dekabrın 3-də hərbi vəziyyətin tətbiqinin təşəbbüskarlarından biri olan müdafiə naziri ictimaiyyət arasında çaşqınlıq yaratdığına görə vətəndaşlardan üzr istəyib.

“Müdafiə naziri kimi mən məsuliyyəti tam öz üzərimə götürürəm və ictimaiyyətdə hər hansı çaşqınlıq və narahatlıq yaratdığım üçün təəssüflənirəm”, – nazir bildirib.

Hyon Cənubi Koreya ordusunun hərbi vəziyyət zamanı onun əmrlərini yerinə yetirdiyini, buna görə də baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayıb.

“Müdafiə Nazirliyi bundan sonra da insanların və bütün dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələri yerinə yetirəcək”, – nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью