Cənubi Koreyanın sabiq Baş naziri vəfat etdi

25.01.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Koreyanın sabiq Baş naziri Li He Çan 73 yaşında vəfat edib.

Hadisə siyasətçinin Vyetnama işgüzar səfəri zamanı baş verib.

Ölüm səbəbi kimi ürəkdayanması göstərilir. Məlumata görə, Li He Çan hələ Vyetnama yola düşməzdən əvvəl, cümə axşamı qripəbənzər simptomlardan şikayətlənib. Vəziyyətinin pisləşməsi səbəbindən o, cümə günü Cənubi Koreyaya qayıtmağı planlaşdırıb. Lakin Hoşimin hava limanında tənəffüsündə yaranan ciddi çətinliklər səbəbindən təcili xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, Li He Çan 2004-2006-cı illərdə, Prezident No Mu Hionun dövründə ölkənin Baş naziri vəzifəsini tutub. O, 2025-ci ilin oktyabrında Sülh Yolu ilə Birləşmə üzrə Məşvərət Şurasının vitse-prezidenti təyin edilmişdi.

Li He Çan müxtəlif vaxtlarda deputat, təhsil naziri, eləcə də 2018-2020-ci illərdə hakim "Toburo" Demokratik Partiyasının sədri kimi fəaliyyət göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью