Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Seul məhkəməsi Cənubi Koreyanın sabiq Baş naziri Han Duk Sunu ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar olaraq qiyam liderinə dəstək verməkdə, qiyamda əsas rol oynamaqda və yalan ifadə verməkdə təqsirli bilib və ona 23 il azadlıqdan məhrumetmə cəzası verib.Bizim.Media xəbər verir ki, prokurorlar keçmiş Baş nazirin ölkənin 2-ci şəxsi olmasına baxmayaraq, hərbi vəziyyətin elan olunmasından əvvəl və sonrakı proseslərdə sabiq Prezident Yun Sok Yola mane olmaq əvəzinə ona dəstək olduğunu iddia ediblər.Keçmiş Baş nazir iddiaları rədd edərək, hərbi vəziyyət planları barədə əvvəlcədən heç bir məlumata malik olmadığını və heç vaxt onunla razılaşmadığını və ya ona kömək etmədiyini bildirib.
Məhkəmə Han Duk Sunu təqsirli bilib. Keçmiş Baş nazir Han Duk Su 2024-cü il dekabrın 3-də hərbi vəziyyət rejimi elan edilməsi ilə əlaqədar m
Sabiq Prezident Yun Sok Yolun məhkəmə prosesi üzrə yekun qərarın fevralın 19-da veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının keçmiş Prezidenti Yun Sok Yol ölkədəki Koreya Xalq Demokratik Respublikasının tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib.Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.
Sonra prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Sunun impiçmenti parlamentdə səsə qoyularaq qəbul edilib və ardınca ona qarşı da cinayət işi açılıb.Bizim.Media Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.