Cənubi Koreyanın sabiq müdafiə naziri intihara cəhd edib AZƏRTAC

11.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 dekabr, AZƏRTAC

Cənubi Koreyanın həbs olunan sabiq müdafiə naziri Kim Yonq-Hyun intihara cəhd edib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə Seulun şərqindəki təcridxanada qeydə alınıb.

Bir müddət öncə, Seul Dairə Məhkəməsi Kim Yonq-Hyunun ölkədə hərbi vəziyyətin elan edilməsi zamanı Prezident Yun Sok-Yola kömək etməsi ilə bağlı həbsinə qərarı verib. O, qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Sabiq nazir prezidentə hərbi vəziyyət elan etmək təklifi verdiyini etiraf etsə də, hərəkətlərinin qanunsuz olmadığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью