Cənubi Koreyanın Ukraynaya yardımları davam edəcək

30.10.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Koreya Respublikası (KR) hökuməti Kiyevdən səfirinin geri çağırılmasına baxmayaraq, Ukraynaya yardım göstərməyə davam edəcək.
Newscenter.az Yonhap xəbər agentliyinə istinadən bildirir ki, bu barədə Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik müşaviri Vi Sunq-lak bildirib.
Məlumata görə, Koreya Respublikasının Xarici İşlər Nazirliyi daha əvvəl Ukraynadakı səfirini və bəzi diplomatik heyətini geri çağırmışdı.
"Bunun Ukraynaya qarşı siyasətdə tamamilə dəyişiklik olub-olmadığı ilə bağlı suallar var. Bizim mövqeyimiz, bu məsələdən asılı olmayaraq, Ukraynanı beynəlxalq birliyin məsuliyyətli üzvü kimi dəstəkləmək üçün beynəlxalq səylərdə iştirak etməyə davam etməkdir", - deyə Sonq-lak bildirib.
Milli Təhlükəsizlik İdarəsinin rəhbəri deyib ki, biz ikitərəfli münasibətlərdəki mövcud vəziyyətə Ukraynaya beynəlxalq yardım göstərmək məsələsindən ayrı yanaşırıq.
O, Koreya Respublikasının Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə davam etmək niyyətində olduğunu bildirdi.
Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью