Cənubi Qafqaz kəmərində artım

18.12.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 36 milyard 319,3 milyon kub­metr qaz nəql edilib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Qaz nəqlinin 57,2 faizi Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Xatırladaq ki, bu boru kəməri vasitəsilə “Şahdəniz” yatağında hasil edilən qaz ixrac olunur. Hesabat dövründə Cənubi Qafqaz boru kəməri vasitəsilə 20 milyard 786,7 milyon kubmetr qaz ötürülüb. Bu da ötən ilin eyni dövrünə nisbətən 4,3 faiz çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью