“Cənubi Qafqaz ölkələri Avropa üçün mühüm əhəmiyyət kəsb edir”

03.10.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sabitliyin mühüm elementidir”.

Missiya.Az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Kopenhagendə jurnalistlərə müsahibəsi zamanı deyib.

"Cənubi Qafqazda sülhün bərqərar olması həqiqətən də Ermənistan və Azərbaycan arasında əldə edilmiş mühüm addımdır. Bu addım Cənubi Qafqazda sakitlik və sabitliyə imkan verir, o cümlədən bütün regionun əhalisi üçün müsbət perspektivlər yaratmağın yeganə yoludur", - deyə siyasətçi vurğulayıb.

Berse qeyd edib ki, Cənubi Qafqaz ölkələri Avropa üçün mühüm əhəmiyyət kəsb edir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью