Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlanması istiqamətində davamlı açıqlamalar verir.
Heç bir şərt olmadan istənilən üçüncü ölkənin dövlət sərhədində müqavilənin imzalanmasına hazır olduğunu bildirir.” Bu fikirləri politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında səsləndirib.
“Bir neçə ay bundan öncə sülh sazişi ətrafında əldə olunan razılaşmaya görə, ABŞ, Avropa İttifaqı və dünyanın müxtəlif ölkələrindən Azərbaycan və Ermənistan rəhbərliyini alqışlayan açıqlamalar olub.
Amma sülh sazişinin imzalanmasının yubadılması Azərbaycanın prinsipial 2 tələbi ilə bağlıdır.
Birincisi ATƏT-in MİNSK qrupunun buraxılması, digər isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.
Hələlik Ermınistan tərəfindən bu istiqamətdə müsbət açıqlamalar yoxdur.
Sadecə olaraq Ermənistanın baş naziri ölkə Konstitusiyası ilə bağlı çox kəskin bir mövqe ortaya qoyub.