Cənubi Qafqazda güc balansı dəyişir Politoloq | Icma.az
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qardaş Türkiyənin Cənubi Qafqazda nüfuzunun artması çox müsbət haldır və bu, Azərbaycanın da gücünə güc qatır”.
Bunu politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, uzun illər ərzində Rusiya ilə Türkiyə arasında müharibələr və rəqabət olsa da, sonradan əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri formalaşıb: “Türkiyə Rusiya əleyhinə tətbiq olunan sanksiyalara və məhdudlaşdırıcı tədbirlərə qoşulmayıb, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Türkiyə Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün ciddi səylər göstərib.
Taxıl sazişi, əsirlərin mübadiləsi və Rusiya ilə Ukrayna arasında danışıqların Türkiyədə keçirilməsi bu ölkənin yüksələn geosiyasi aktora çevrildiyini göstərir.
Lakin qeyd edilməlidir ki, Türkiyənin gücünün artması eyni zamanda Azərbaycanın gücünün artması deməkdir.
Azərbaycanla Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi” bizim təhlükəsizliyimizin qarantıdır.
Tam oxu
Xəbəri oxu