Cənubi Qafqazın ilk alüminium içki qabları zavodu

01.02.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan İnvestisiya Şirkəti Macarıstanın “HELL Energy” şirkəti ilə birlikdə həyata keçirilən “Quality Pack Caspian” layihəsi üzərində işləyir. Bu, Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ələt Azad İqtisadi Zonasının ərazisində inşa ediləcək zavodda il ərzində 700 milyon ədəd alüminium qutu istehsal olunacaq. Yeni müəssisə yerli bazarın tələbatını tam ödəməklə yanaşı, ölkəmizin ixrac potensialının artırılmasına da imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью