Cənubi Qafqazın ilk vençur fondu ikinci fond yaratmağı planlaşdırır | Icma.az
Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 2 sentyabr, AZƏRTACPlanımız ilk mərhələdə təxminən 50 startapa ilkin yatırım etmək idi.
Bundan sonra isə həmin 50 layihə arasından ən perspektivli 5-10 startapa əlavə yatırım etmək niyyətindəyik.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim deyib.
“Bu yanaşma dünya praktikasında “follow-on investment” kimi tanınır.
(Follow-on investment (əlavə sərmayə) — əvvəlcədən investisiya qoyulmuş bir şirkətə, mövcud investorlar tərəfindən verilən əlavə fonddur – red.)Bundan başqa, hazırda ikinci fond üzərində də düşünürük.
Bu dəfə investor bazamızı genişləndirərək Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən də sərmayədarları cəlb etməyi planlaşdırırıq.
Məqsədimiz çoxmillətli, beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır.
Əsas hədəfimiz, dediyim kimi, ikinci fondun yaradılması və daha beynəlxalq platforma qurmaqdır.
Tam oxu
Xəbəri oxu