Cənubi Qafqazla bağlı bu format perspektivlidir Lavrov

21.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Moskva Cənubi Qafqazın üç ölkəsinin iştirakı ilə "3+3" məsləhətçi formatının işini perspektivli hesab edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“3+3" konsultativ formatın fəaliyyətinə maraq təsdiqlənib. Cənubi Qafqazın üç ölkəsi Azərbaycan, Gürcüstan və Ermənistan və onların üç qonşusu Türkiyə, Rusiya və İranın iştirakı ilə bu platformanı çox perspektivli hesab edirik”, - Lavrov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью