Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
“Reuters” agentliyinin məlumatına görə, Cənubi Sudanda mal-qara oğrularının bir icmaya hücumu nəticəsində 49 nəfər həlak olub, 33 nəfər isə yaralanıb. Hücum dünən yerli vaxtla səhər saat 05:00-da Varrap ştatının Tonj-Şimal dairəsinin Majak-Payam ərazisində yerləşən Maçar-Pakuek mal-qara düşərgəsi və Madinq-Juer-Boma yaşayış məntəqəsində törədilib. Budəfəki hücum həmin ərazidə 60 nəfərin ölümü və 50 nəfərin yaralanması ilə nəticələnən basqından 3 həftə sonra baş verib.
XQ