Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 29 oktyabr, AZƏRTAC
Cənubi Sudanın Varrap ştatının Tonj Şimali dairəsində baş verən icmalararası zorakılıq nəticəsində 84 nəfər ölüb, 13 nəfər ağır yaralanıb.
AZƏRTAC Sinxuaya istinadla xəbər verir ki, silahlı şəxslər Bundir kəndinə hücum edərək evləri yandırıb, əmlakı talan ediblər.
Təhlükəsizlik qüvvələri asayişi bərpa etmək və hadisəyə görə məsul şəxsləri müəyyənləşdirmək məqsədilə gərginliyin artdığı ərazilərə yerləşdirilib.
Qeyd edək ki, Cənubi Sudanda dekabr ayında keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində icmalararası zorakılıq halları artmaqdadır.