Cənubi və Şimali Koreya arasında buzlar əriyir

01.08.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreya vətəndaşlarına Şimali Koreya sakinləri ilə sərbəst təmas imkanı verilib.

Oxu.Az-ın "Yohap" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyanın birlik naziri Çon Don Yon bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlar Şimali Koreya sakinləri ilə təmas qurmazdan əvvəl əvvəlcədən Birlik Nazirliyinə məlumat verməlidirlər.

O əlavə edib ki, xalqlar arasında sərbəst təmaslar dinc yanaşı yaşamağı təmin edən qarşılıqlı anlaşmaya gətirib çıxara bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью