Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, sənəddə qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: pizza sifarişi
“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512 (Cild I); 2025, № 2, maddə 115) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin birinci abzasında “Qlobal” sözü “Atmosfer havasının keyfiyyətinin təmin edilməsi, qlobal” sözləri ilə əvəz olunsun və həmin abzasa “ibarət” sözündən sonra “İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə” sözləri əlavə edilsin;
2. 2-ci hissəyə “keçirilməsini” sözündən sonra “, eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri ilə bağlı digər tapşırıqlarının icrasını” sözləri əlavə edilsin.