Çərçivə Sazişi ilə bağlı mühüm açıqlama KONKRET

26.08.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqtondakı tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb, bununla bağlı ilkin müzakirə aparılıb.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd edilib: “Azərbaycanın zəngin enerji resursları, o cümlədən bərpaolunan enerji ehtiyatları da diqqət çəkib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью