Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan heç kəsin barcarmadığı bir məsələni həll etməklə postsovet məkanında separatizmin kökünü kəsib.
Bəzi dünya ölkələri belə bunu edə bilməyib. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan üçün bundan sonra heç bir hədəf yoxdur.
Ona görə də, Ermənistanın silahlanması proseslərin axarını dəyişə bilməyəcək.
Bunu Teleqraf.coma-a ReAl Partiyasının sədri, siyasi şərhçi Natiq Cəfərli deyib.
“Türkiyə ilə Müttəfiqlik Bəyannaməsinə malik olan Azərbaycan üçün bundan sonra Ermənistanın kimlər tərəfindən silahlandırılması heç bir əhəmiyət kəsb etmir.
Rəsmi Bakı ümumiyyətlə Ermənistanda revanşizmin birdəfəlik yox olmasına çalışır”, - deyə o əlavə edib.
Partiya sədrinə görə, Ermənistanın silahlanması Azərbaycanın silah potensialının onda birinə belə çata bilməyəcək: “Ona görə də, Ermənistanın silahlanması sülh müqaviləsinə hansısa maneələr yaradacağı ehtimalı yoxdur.