“Çərçivə”si toxunulmaz və məğlubiyyətsiz lider

26.12.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan I Liqasında I dövrə başa çatıb. Komandalar ilin son turunun oyunlarını keçirib və fasiləyə yollanıb.

11 turdan sonra turnir cədvəlinə “Qəbələ” başçılıq edir. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv 9 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Bölgə klubu bu mövsüm I Liqada məğlub olmayan yeganə kollektivdir. Aktivində 29 xal olan “Qəbələ” çempionatın əsas favoritidir. Sxadadzenin yetirmələri məğlubiyyətsizlik seriyası ilə yanaşı, daha bir əla statistikaya imza atıb. Belə ki, komanda 11 turda hələ qol buraxmayıb. 21 qol vuran qəbələlilər “çərçivə”ni toxunulmaz saxlamağı bacarıb.

İkinci sırada Yevlaxın “Karvan” komandası qərarlaşıb. Mövsümə ardıcıl 6 qələbə ilə başlayan kollektiv sonradan itirlən xallarla geri düşüb. Xüsusilə, “Qəbələ” ilə matçdakı məğlubiyyət onları əsas rəqiblə yarışdan bir addım arxaya salıb.

“Üçlüy”ü isə “İmişli” tamamlayır. Bölgə təmsilçisi iddialı heyət formalaşdırıb və çempionluq mübarizə aparır. Buna baxmayaraq, son turlardakı ardıcıl xal itkiləri lider “Qəbələ” ilə fərqi böyüdüb. “Qırmızı-qaralar” kifayət qədər təcrübəlidir və “İmişli”nin 8 xallıq fərqi qapaması çətin görünür.

11 turdan sonra autsayder isə “Mingəçevir”dir. Son zamanlarda tez-tez sponsorlarla adı gündəmə gələn bölgə təmsilçisi “zirzəmi”də qərarlaşıb. 11 tura cəmi 1 qələbə qazanan kollektivdə bir neçə gün öncə baş məşqçi Ədahim Niftəliyevlə də yollar ayrılıb.

I Liqada 11 turun sürpriz kmandası isə “Cəbrayıl”dır. Ötən mövsüm II Liqada gümüş medalları qazanan və pley-off oyunundakı qələbə sayəsində I Liqaya qalxan debütant 5-ci sıradadır. “Cəbrayıl” 14 xalla 4-cü pillədəki “Zaqatala”dan 2 xal geri qalır.

Əsas xəbərlər, Ölkə futbolu I Liqa: “Qəbələ”dən qələbə, “İmişli” xal itirdi

24 Dekabr 2024, 16:13

Əsas xəbərlər, Ölkə futbolu “Məqsədimiz daim irəli getməkdir” – Sxadadze

13 Dekabr 2024, 19:35

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan futbolunda biabırçılıq: hakim təyinatı unuduldu

12 Dekabr 2024, 8:56

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ” – “Qarabağ”: heyətlər məlum oldu

4 Dekabr 2024, 15:05

Əsas xəbərlər, Ölkə futbolu Kərimovdan sərt ittiham: “Haqqımızı yedilər”

29 Noyabr 2024, 14:00

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ” liderliyə yüksəldi

28 Noyabr 2024, 17:05

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью