Ceremi Frimponq: “Qarabağ”la sabahkı oyun asan olmayacaq

27.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Liverpul, 27 yanvar, AZƏRTAC

“Qarabağ”la sabahkı oyun asan olmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Liverpul”un futbolçusu Ceremi Frimponq mətbuat konfransında deyib.

“Mən “Bayer”də oynayarkən Qarabağa qarşı oynadığımız oyunu xatırlayıram. Bu oyun əsl rollercoaster idi, amma sonda geri dönməyi bacardıq. Rəqibin nə qədər güclü olduğunu yaxşı bilirəm və sabahkı oyunun asan olmayacağını da anlayırıq. Biz, sadəcə, hazır olmalı, yaxşı hazırlaşmalı və əlimizdən gələni etməliyik. Onların Çempionlar Liqası səviyyəsində komanda olduqlarına şübhə yoxdur”, – deyə o bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Liverpul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью