Ceren Benderlioğlu “Eşref Rüya”da

13.01.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin “Kanal D” telekanalının yeni başlayacaq iddialı serialı "Eşref Rüya"nın heyətinə daha bir məşhur qatılıb.  

“Cebheinfo.az” xəbər verir ki, sevilən aktrisa Ceren Benderlioğlu da maraqla gözlənilən ekran işində rol alacaq.

O, layihədə "Irmak" obrazına həyat verəcək. Çağatay Ulusoy, Demet Özdemir, Necip Memili və Görkem Sevindik kimi məşhurların çəkiləcəyi "Eşref Rüya" serialının reytinqləri alt-üst edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Ceren Benderlioğlu indiyə kimi "Doktorlar", "Melekler Korusun", "Geniş Aile", "Adanalı", "Kertenkele", "Şahsiyet" və "Börü" kimi yüksək reytinqli seriallarda çəkilib. 

O, xüsusilə əfsanəvi serial "Eşkıya Dünyaya Hükümdar Olmaz"da canlandırdığı fenomen "Ömür Façalı" obrazı ilə çox bəyənilib.

Elmir Mustafa
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью