Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onl
Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bil
Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.
Saglamolun.az bildirir ki, elektrik cərəyanının təsiri nəticəsində əzələlərin güclü şəkildə sıxılması (spazm) baş verir ki, insan cərəyan mənbəyindən əlini çəkə bilmir, sanki ona "yapışır".
Həmçinin səs tellərinin sıxılması nəticəsində insan qışqıra, köməyə çağıra bilmir.
Belə vəziyyətdə ilk yardım göstərəndə əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.
Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki "rubilnik"i söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək).
Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır (bax, şəkilə).