Cərimə və sanksiyalar sərtləşdirildikdə qayda pozuntularının sayı azalır Ekspert

16.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bəzi sürücülərin yol hərəkəti qaydalarını, xüsusən də yol ayırıcının keçilməsi kimi ciddi pozuntuları tam bilmədiyini və ya düzgün dərk etməməsi maarifləndirmənin vacibliyini göstərir".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a deyib.

O vurğulayıb ki, bəzi qayda pozuntularının sürücülər tərəfindən ya tam bilinməməsi, ya da düzgün dərk edilməməsi də problemlər yaradır. Məsələn, yol ayırıcının keçilməsi kimi qaydaların pozulması çox zaman ciddi sanksiyalarla nəticələnir, lakin bir çox sürücü bu qaydaların mahiyyətini tam bilmir. Bu isə onu göstərir ki, maarifləndirmə məsələsi də kifayət qədər vacibdir.

Onun sözlərinə görə, sanksiyalar sərtləşdirildikdə qayda pozuntularında azalma müşahidə olunur: "Ümumilikdə isə təcrübə göstərir ki, cərimə və sanksiyalar sərtləşdirildikdə qayda pozuntularının sayı azalır. Məsələn, əvvəllər avtobus zolağına görə cərimə daha az olduğu üçün sürücülər buna ciddi yanaşmırdı. Lakin cərimələr artırıldıqdan sonra bu pozuntular xeyli azalıb. Bu da göstərir ki, sərt mexanizmlər müəyyən hallarda daha effektiv nəticə verir".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью