Cərimədən narazı sürücülər bunu bilməlidir Açıqlama

27.08.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə tətbiq edilən cərimələr bəzən mübahisələrə səbəb olur. Cərimə ilə razılaşmayan sürücü qərardan şikayət edə bilər, lakin müraciətə baxılma müddətinin uzanması dəbbə pulunun hesablanması ilə nəticələnir.
Bəs şikayətə gec baxılması səbəbindən cərimənin məbləği artarsa, sürücü həmin əlavə ödənişi ödəməlidirmi?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev bildirib ki, sürücünün verdiyi şikayətin nəticəsindən asılı olaraq cəriməyə hesablanan əlavə ödənişlərlə bağlı vəziyyət dəyişir.
Onun sözlərinə görə, şikayət təmin edildiyi halda cərimə ləğv olunduğundan həmin cərimə üzrə hesablanmış əlavə ödənişlər də silinir:
“Amma şikayət təmin olunmasa, həmin əlavə ödənişlər silinmir. Yəni şikayət vermək özü-özlüyündə faizin hesablanmasını dayandırmır. Şikayətə baxıldığı müddətdə də həmin əlavə ödəniş hesablanmağa davam edə bilər.
Yəni, sürücü cərimə ilə razılaşmırsa, qanunla müəyyən edilmiş müddətdə şikayət edə bilər. Lakin şikayətin verilməsi cərimə üzrə əlavə ödənişlərin hesablanmasını dayandıran mexanizm deyil. Əgər sonradan şikayət təmin olunarsa, cərimə ilə birlikdə ona hesablanan əlavə məbləğlər də aradan qalxır. Şikayət təmin edilmədikdə isə həmin əlavə ödənişlər qüvvədə qalır”, – deyə hüquqşünas Fərhad Mehdiyev fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью