Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səhiyyə Nazirliyi cəzaçəkmə müəssisələrində məhbuslar arasında vərəm infeksiyasına qarşı əlavə təsir dərmanlarının satınalınması üzrə tədbir həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar olaraq “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tərəflər arasında ümumi maliyyə dəyəri 54 min 2 manat 18 qəpik (54 002.18 AZN) təşkil edın müqavilə imzalanıb.
Qeyd edək ki, bir il əvvəl “Zeytun Pharmaceuticals” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 451-ci (nəzarət markası olmadan mal saxlanılması və ya satılması) maddəsi ilə inzibati xəta protokolu tərtib olunub. Qanunvericiliyə əsasən, bu pozuntuya görə markasız mallar müsadirə olunmaqla fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə hər bir mala görə 150 manat məbləğində cərimə edilir. pizza
Cəlalə Cəlalqızı