Cərimələnən şirkətə milyonluq müqavilə

07.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Respublika Sanitar-Karantin Mərkəzi” Publik Hüquqi Şəxsi (PHŞ) laborator avadanlıqların satınalınması ilə bağlı keçirdiyi böyük həcmli satınalma həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, “SEM-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə tərəflər arasında arasında ümumi məbləği 1.425.193,38 manat olan müqavilə bağlanıb.

Qeyd edək ki, sözügedən şirkət barəsində bir neçə il əvvəl gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. Şirkət mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi (və ya təhrif olunmuş məlumatın verilməsi), yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin təqdim edilməməsində təqsirləndirilib. pizza mizza

Protokol İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə irəli sürülüb. Qanunvericiliyə əsasən, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью