Cərimələrin 5 faizi polislərlə bağlı xüsusi fonda əlavə ediləcək

08.07.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Polis haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, dəyişikliyin məqsədi polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью