Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? İZAH VİDEO

30.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yol hərəkəti qaydalarını pozduğuna görə sürücüyə yazılan cərimə müəyyən müddət ərzində ödənilmədikdə qanunvericiliyə uyğun olaraq əlavə tədbirlər görülə bilər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bildirib ki, cərimənin ödənilməsi üçün ilk bir ay ərzində sürücüyə əlavə tədbir tətbiq edilmir.

Ekspertin sözlərinə görə, ikinci ayın tamamına qədər cərimənin üzərinə dəbbə pulu hesablanır və sürücü cəriməni həmin məbləğlə birlikdə ödəyə bilər.

“İkinci ayın tamamından sonra isə avtomobilə həbs qoyulur və maşın duracağa yerləşdirilərək cərimənin məcburi qaydada ödənilməsi təmin olunur. Əgər bu da baş verməzsə, üçüncü ayın tamamında sürücülük vəsiqəsi məhdudlaşdırılır”, – deyə Rüfət Əmiraslanov bildirib.

Eltac Züflüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227408.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью