Cəriməni ödəmədi, məhkəməlik oldu

31.01.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniyalı aktyor İdris Elba skuterlə hərəkət edərkən sürət həddini aşdığına görə cərimələnib.

Axşam.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilir ki, aktyor Londonda skuteri saatda 45 kilometr sürətlə idarə edib. Halbuki həmin ərazidə icazə verilən maksimum sürət saatda 32 kilometr olub. Qayda pozuntusu iyun ayının sonlarında müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hadisə, aktyorun Böyük Britaniya kralı III Çarlzla əməkdaşlıq edəcəyinin məlum olmasından bir gün sonra baş verib.

Polisin bildirdiyinə görə, İdris Elbaya məsələni məhkəməyə qədər həll etmək və cəriməni ödəmək təklif olunub. Lakin aktyor bunu etməyib və hüquq-mühafizə orqanlarına sürücülük vəsiqəsinin məlumatlarını təqdim etməyib.

Nəticədə iş məhkəməyə çıxarılıb. Məhkəmə Elbanı 147 funt sterlinq məbləğində cərimələyib. Bundan əlavə, aktyor 110 funt sterlinq məhkəmə xərcləri və 59 funt sterlinq zərərçəkənlərə kompensasiya ödəməyə məcbur edilib.

Aktyorun vəkilləri bildiriblər ki, cərimə ilə bağlı bildiriş onlara çatmayıb. Aktyor məhkəmədə özünü təqsirli bilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью