Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Aida Eyvazlı Göytürk
1920-ci ildə müstəqilliyimizə bolşeviklər təcavüz edəndən sonra, elə may ayının 28 və 29-da Azərbaycan Ordusunun adlı-sanlı generalları bir gecənin içərisində güllələndilər. Onların içərisində çərkəz əsilli, Bakı istehkam vilayətinin general-qubernatoru vəzifəsini tutan general- mayor Murad Gəray bəy Tlexas da var idi.
Murad Gəray 1874-cü ildə Kuban vilayətinin Yekaterinodar şəhərində (indiki Krasnodar – Ş.N.) hərbçi ailəsində anadan doğulmuşdu. İlk təhsilini Maykop şəhərində alan çərkəz oğlu, Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirmişdi. O, 1912-13-cü illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində xidmət edib. Port-Artur və Birinci Dünya müharibəsində iştirak edib. Hər iki müharibədə nümunəvi döyüşən zabit kimi şöhrət qazanıb. Tlexas zabitlərə məxsus iki dəfə «Müqəddəs Georgi» ordeni ilə təltif olunub.
Murad Gəray Tlexas 15 avqust 1873-cü ildə Kuban vilayətinin Yekaterinodar (indiki Krasnodar) şöbəsinin Qatlukay kəndində polis praporşikinin ailəsində anadan olub. Çərkəz (Bjeduq) əsilli Murad Gəray ümumi təhsilini Maykopda və Stavropol gimnaziyasında almışdır. Sankt-Peterburqdakı Mixaylovskoye Artilleriya Məktəbində sıravi kursant kimi hərbi xidmətə daxil olmuş, 13 avqust 1897-ci ildə ikinci leytenant rütbəsinə yüksəlmişdi.
O, Qafqaz Ehtiyat Artilleriya Briqadasının (Vladiqafqaz) 7-ci Dağ Batareyasında xidmət etmiş, 28 avqust 1900-cü ildə leytenant, 28 oktyabr 1905-ci ildə isə kapitan rütbəsinə yüksəlmişdir. Port Arturun müdafiəsində iştirak etmiş, 1904-1905-ci illər Rus-Yapon müharibəsində göstərdiyi fərqlənməyə görə ordenlərlə təltif edilmişdir. 1912-1913-cü illərdə 51-ci Artilleriya Briqadasında kapitan rütbəsinə yüksəlmişdi.
O, Birinci Dünya Müharibəsində iştirak etmiş, 1914-cü ilin noyabrında yaralanmış və mərmi şoku keçirmişdi. 17 aprel 1915-ci ildə podpolkovnik Tlexas 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdi.
Ağ Qvardiyaçılar Kuban və Adıgeyi ələ keçirdikdən sonra Murad Giray Tlexas Azərbaycana gəlir və Qafqaz Cəbhəsi qoşunlarının baş komandanı, piyada generalı M.A. Prjevalskinin 11 dekabr 1917-ci il tarixli 155 nömrəli əmrinə əsasən yeni yaradılmış Müsəlman Korpusunda general-leytenant Əli-Ağa Şıxlinski komandanlığı altında xidmətə başlayır. Polkovnik Tlexas yenicə yaradılmaqda olan 2-ci Artilleriya Briqadasının komandiri, daha sonra isə korpusun artilleriya müfəttişi təyin edilir. 26 iyun 1918-ci ildə ADR Nazirlər Şurasının fərmanı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlanır. İyulun əvvəlində 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə yeni yaranan Qafqaz İslam Ordusunun tərkibində Nuru Paşanın 20 avqust tarixli əmri ilə Murad Gəray Tlexas Qafqaz İslam Ordusunda artilleriya üzrə köməkçi müfəttişi təyin edilir.
Baş Qərərgah rəisi Murad Gereyin intizamı və bolşeviklərlə mübarizəsi
1 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi yaratdı. 15 noyabr 1918-ci ildə yeni yaranan Hərbi Nazirliydə general-mayor Tlexas Baş Qərargahın Artilleriya İdarəsinin rəisi təyin edilir. 1919-cu ilin yanvarında o, hərbi idarənin hərbi hissələrinin, idarələrinin və müəssisələrinin ştat sayının artırılması üzrə komissiyanın fəaliyyətində iştirak edir. Komissiyanın rəhbəri Tlexas təyin edilir. Nümayəndə heyəti müxtəlif silahlar və digər hərbi texnika əldə etmək üçün Hərbi Nazir tərəfindən Gürcüstana göndərilir.
Murad Gəray bəy Tlexas Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən general-mayor rütbəsinə layiq görülmüş ilk zabitlərdən idi.
Cəsarətli və rəşadətli çərkəz oğlu Murad Gərayı artilleriyanın şahzadəsi adlandıran Azərbaycan Demokratik Respublikasının Hərb naziri S.Mehmandarov onu həm də məxfi sənədlərlə işləmək üçün Gəncəyə və Tiflisə ezamiyyətə göndərirdi. Ən çətin həll olunan məsələlərin yoluna qoyulmasında Murad Tlexasın xüsusi diplomatik fəhmi var idi. Mehmandarovun 1919-cu il sentyabr ayında imzaladığı 421 saylı əmrində yazılırdı:
“Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis şəhərinə Baş Artilleriya idarəsi rəisi, general-mayor Murad Gəray bəy Tlexasın rəhbərliyi altında komissiya göndərmişdim.
Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində olduqca sərfəli qiymətlərlə Bakıda və Gəncədə qiymətli əmlak kütləsi quraşdırılıb və gətirilib. Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları isə tam yararlı haldadır.
Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin rəhbərliyində görürəm və ona xidməti şəxslər tərəfindən səmimi minnətdarlığımı bildirirəm.
Eləcə də alınmış malların baxılmasında, qəbulunda və yola salınmasında iştirak etmiş komissiyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm.
Hərb naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov,
Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimov.”.
Arxiv sənədlərində belə maraqlı bir hadisə ilə də rastlaşmaq olur. 1919-cu ilin oktyabr ayında onun əmri ilə Metal İşçiləri Həmkarlar İttifaqının 30 nəfərdən ibarət Nümayəndələr Məclisi şəhərdə ixtişaşlar yaratdıqlarına görə həbs edilirlər. Həsb edilənlər 6-cı Polis Bölməsində bir həftə qaldıqdan sonra tutarlı sübut çatışmazlığı səbəbindən azad edildilər. Vəziyyətin gərginləşdiyini görən 24 noyabrda M.G. Tlexas xüsusi icazəsi olmadan Bakı istehkam bölgəsində müxtəlif küçə görüşlərinin, mitinqlərin, toplantıların və nümayişlərin keçirilməsini qadağan edən məcburi bir fərman verir. Bu fərmanı pozanları üç aya qədər həbs, 10.000 rubla qədər cərimə və Azərbaycandan qovulma ilə üzləşirdilər.
22 fevral 1920-ci ildə M.Q.Tlexasın əmri ilə bolşevik qəzeti "Novıy Mir"in nəşr olunduğu yeraltı mətbəə möhürlənir. Onun çap maşınları həbs edilir. Əməliyyatdan altı gün keçəndən sonra gün sonra Baş Qərərgah rəisi general mayir Tlrxas məlumat rəhbərliyə belə bir məlumat verir:
“Bildirirəm ki, siyasi əqidələrindən asılı olmayaraq, respublikada ictimai asayiş və dövlət qaydası üçün zərərli və təhlükəli olan şəxslərə, xüsusən də bolşeviklərə münasibətdə, onların mənim yurisdiksiyamdakı rayona daxil olmasının qarşısını almaq, eləcə də respublikaya düşmən olan bütün şəxsləri paytaxtdan qovmaq üçün ən enerjili və qətiyyətli tədbirləri görmüşəm və hazırda da görürəm.”.
Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuş Əliheydər Qarayev 1926-cı ildə “Yaxın keçmişin xatirələri” adlı kitabında yazırdı:
“12 martda hakimiyyətə mənim Balaxanıdakı mənzilimində hərbi təşkilatının gizlli qərərgahı olduğu müəyyən edildi. Bu səbəbdən mənzil qoşunlar tərəfindən mühasirəyə alındı. Hadiisə yerinə şəhər rəisi və polis rəisi ilə birlikdə M.Tlexas da gəliblər. Mən parlamentin üzvü olduğumdan, mənzilə girmək üçün parlament rəyasət heyətinin icazəsi lazım idi. Hər iki icazə olmadığı üçün biz çöldə qalmağa məcbur oldlar. Müvafiq icazə 24 saatdan sonra müvafiq icazəni aldı və onlar mənzilə daxil ola bildilər. Lakin həmin vaxt mənzilimdə olan gizli təşkilatımızın funksionerləri Q.Cabiyevi və Əli Bayramov qaçmağı bacarıdılar. Bu əməliyyatdan Cəbiyev qalib çıxdı, general-qubernator Tlexası isə qapı dalında qaldı.”.
Bolşevik Partiyasının üzvü Dadaş Bünyadzadə isə öz xatirələrində yazırdı:
Bir neçə gün sonra, Dağıstanda həlak olan S. Kazıbekovun xatirəsinə keçirilən mitinq keçirldi. Bakı şəhər Qubernatoru Bakıdakı Mərkəzi Fəhlə Klubuna basqın edilməsi barədə əmr verdi. Bu zamanı mən, K. İsmayılov, Sumbat Fətəlizadə və başqaları da daxil olmaqla 24 kommunist fəal həbs edildik. Tlexas məndən lazımi ifadəni almayanda bərk əsəbiləşdi və məni inandırmağa çalışdı: "Ruslar gələcək və sən küçələri süpürməli olacaqsan." Buna cavab olaraq dedim: "Bəlkə də küçələri süpürməli olacağam, amma mən burada heç bir qəbahət görmürəm, çünki bir kommunist idarə etməlidir, digəri isə lazım gələrsə, küçələri süpürməlidir." Bu cavab Tlexası dəhşətli bir qəzəbə sövq etdi və o, sui-qəsdin bütün təfərrüatlarını açıqlamasam, məni edam və asmaqla hədələməyə başladı. Dindirmə dayandırıldı və yoldaşlarımla birlikdə həbsxanaya göndərildik”.