Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Nejin rayonunda mühüm enerji obyektinə hücum edib və nəticədə yüz minlərlə abonent elektrik enerjisiz qalıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər elektrik təchizatını bərpa etmək üçün iş aparırlar. Lakin təhlükəsizlik səbəbindən proses adi vaxtdan daha uzun çəkə bilər.
Şirkət istehlakçıların evlərinə işığın ən qısa zamanda qaytarılması üçün əllərindən gələni etdiklərini bildirib.