Çernobıl Təcrid Zonasında güclü yanğın başlayıb FOTOLAR

08.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Kiyev bölgəsindəki Çernobıl Təcrid Zonasında böyük meşə yanğını baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb. 

Açıqlamada deyilir ki, yanğın quru hava və güclü külək səbəbindən sürətlə yayılıb. Yanğının təxmini sahəsi 1100 hektardan çoxdur. 

Xilasedicilər yanğının daha da yayılmasının qarşısını almaq üçün alovlanma mənbələrini lokallaşdırmağa çalışırlar. 

Ağarza Elçinoğlu



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью