Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya PUA-sı Çernobılda işlənmiş nüvə yanacağı anbarına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” şirkəti məlumat verib.
“Hücum nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Burada işlənmiş nüvə yanacağı olmayıb. Zərbə nəticəsində 40 kvadrat metr ərazidə yanğın baş verib. Yanğın söndürülüb və işçilər arasında xəsarət alan olmayıb”, - məlumatda qeyd olunub.
Şirkətdən bildirilib ki, ərazidə radiasiya fonu normal həddə qalır.