Çernobılın qoruyucu qalxanı deşildi | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın dron hücumu Çernobıl Atom Elektrik Stansiyasının milyardlarla avroya başa gələn yeni qoruyucu günbəzində dəlik yaradıb və radiasiya sızması ehtimalını yüksəldib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada yerləşən və 2019-cu ildə tamamlanan qoruyucu konstruksiya hücum nəticəsində zədələnib və artıq radiasiyanı lazımi səviyyədə bloklama funksiyasını yerinə yetirmir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) son yoxlamalardan sonra qurğunun genişmiqyaslı təmirə ehtiyacı olduğunu açıqlayıb.
Fevral ayında baş verən hücum nəticəsində dağıdılmış reaktorun üzərindəki “yeni təhlükəsizlik günbəzi”ndə dəlik əmələ gəlib.
Avropanın dəstəyi ilə 1,5 milyard avroya inşa edilən polad günbəz relslər üzərində hərəkət etdirilərək, reaktorun üzərinə yerləşdirilmişdi.
BAEA-nın ötən həftə apardığı inspeksiyada dron hücumunun qoruyucu günbəzin struktur dayanıqlılığını zəiflətdiyi müəyyən edilib.
Qeyd edək ki, 1986-cı ildəki Çernobıl faciəsindən sonra Sovet İttifaqı radiasiyanın yayılmasının qarşısını almaq üçün reaktorun üzərində beton sarkofaq inşa etmişdi.
Tam oxu
Xəbəri oxu