“Çernomorets”in futbolçuları evakuasiya olunub

01.03.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dron hücumu nəticəsində "Çernomorets"in Sauvinyondakı bazasına ciddi zərər dəyib. Sport24.az xəbər verir ki, bu barədə "dənizçilər"in baş məşqçisi Aleksandr Babiç Sport.ua-ya danışıb:

"Şükür Allaha, hər şey qaydasındadır. Heç kim xəsarət almayıb. Baza binasının pəncərələri qırılıb, hovuza ciddi ziyan dəyib. Xoşbəxtlikdən, bütün uşaqlar salamatdı və  bugünkü oyuna hazırlaşırlar".

Dron hücumundan sonra klub rəhbərliyi komandanı bazadan çıxartmaq qərarına gəlib. Bəzi futbolçular evlərinə, digərləri isə otelə yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью