Cərrah Sənan Mehdiyev barədə qərar verildi

22.01.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.

Metbuat.az xəbər verir ki, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью