Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
“Kurtlar Vadisi”də "Cərrahpaşalı Halit" obrazı ilə tanınan Özcan Varaylı illər sonra ekrana qayıdır.
Axsam.az xəbər verir ki, aktyor “Cerrahpaşalılar” filmində rol alacaq. Ekran işinin çəkilişlərinə artıq start verilib.
Filmin rejissoru Burak Can Çelik, ssenaristləri isə Kaan Demirhan və Bektaş Topaloğlu olacaq.
Baş rollarda Özcan Varaylıdan başqa Atilla Olqaç, Ümit Acar, Erdem Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gençtürk və Erhan Çircioğlu yer alacaq.