futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi postuna axtarışlar davam edir.
Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi Stiven Cerrard, Ernesto Valverde və Loran Blanla danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Trabzonspor” ayın sonuna qədər bir mütəxəssislə anlaşmağı planlaşdırır.
Komanda mövsümə Fatih Tekkenin rəhbərliyi altında başlayıb. Lakin mütəxəssis ayın əvvəlində vəzifəsindən istefa verib.
“Trabzonspor” çempionatda 4 turdan sonra 7 xalla 4-cü sıradadır.