Cerrard “Liverpul”un heyətində meydana çıxacaq

24.01.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mart ayının sonunda “Liverpul” və Dortmundun “Borussiya” klubları arasında iki komandanın veteran ulduzlarının iştirakı ilə yoldaşlıq oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Liverpul” klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, klubun sabiq yarımmüdafiəçisi Stiven Cerrard da görüşdə iştirak edəcək. Yoldaşlıq matçı 28 mart tarixində “Enfild” stadionunda baş tutacaq.

Cerriard “Liverpul” tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. O, 1997–2015-ci illərdə “qırmızılar”ın formasını geyinib.

Yarımmüdafiəçi oyunçu karyerasını 2017-ci ildə bitirib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью